Tovuz rayonunda yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

"Mercedes" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1992-ci il təvəllüdlü Rövşən Ramiz oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...