Torpağa basdırılmış silah-sursat tapılıb

Nardaran qəsəbəsi sakininin həyətində torpağa basdırılmış silah-sursat tapılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sabunçu rayon Polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasovun həyətindən torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə