Tovuzda avtomobil qəzası zamanı xəsarət alan şəxsin kimliyi məlum olub. "VAZ-2107" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində sərnişin, Tovuz şəhər sakini, 1997-ci il təvəllüdlü Fəridə İlqar qızı Hacıyeva xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə