Tovuzda avtomobil qəzası olub

11 Avqust 2018 03:06 (UTC+04:00)

Tovuzda avtomobil qəzası zamanı xəsarət alan şəxsin kimliyi məlum olub. "VAZ-2107" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində sərnişin, Tovuz şəhər sakini, 1997-ci il təvəllüdlü Fəridə İlqar qızı Hacıyeva xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.