Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun xəbərinə görə, iki avtomobilin toqquşması nəticəsində Həsənova Turanə İlham qızı xəsarət alıb.

T. Həsənova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə