Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat nəticəsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü açılıb və bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.
Məlumat daxil olan kimi DİN Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinədarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub.
Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı - dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.
T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub.
Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.
Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus "Niva" markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.
Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.
Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Bu məşqçilər Tuxellə müqayisə oluna bilməz"
İdman 18:56Entoni Blinken İsrailə səfər edəcək
Dünya 18:24Ruslara yeni səfərbərlik lazım olacaq..?
Dünya 18:05Güvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 17:43Qiymətli metalların geoloji axtarışı aparılacaq
İqtisadiyyat 17:32İlham Əliyev Almaniyanın XİN başçısı ilə görüşüb
Siyasət 16:41“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 16:40Yaşıl dünya boyalarda... - Masallıda tədbir
Sosial 16:40İlham Əliyev Berlində böyük coşqu ilə qarşılanıb
Siyasət 16:35Final oyununda nominal ev sahibi bəlli olub
İdman 16:31DVX tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib
İqtisadiyyat 16:27"Azərkosmos" yeni əməkdaşlıqlara başlayıb - FOTOLAR
İqtisadiyyat 16:24Etibarın və etimadın tək ünvanı –Azərbaycan! TƏHLİL
Siyasət 16:23Böyük dəstəyin göstəricisi
Siyasət 16:22Əli Əsədov yeni qərar imzalayıb
İqtisadiyyat 16:04Azərbaycanda nağdsız ödənişlərin məbləği martda 60 % artıb
İqtisadiyyat 16:03Azərbaycan banklarına qoyulan depozitlər cüzi azalıb
İqtisadiyyat 15:59Azay Quliyev Danimarkaya gedir
Siyasət 15:58“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Siyasət 15:51Güclü əməkdaşlıq mövcuddur
Siyasət 15:49Çörək yeyəndə, de, bismillah! -FELYETON
Sosial 15:45Tanzaniyada sel fəlakəti xeyli can aldı
Dünya 15:39COP29 qarşıdurma arenası olmayacaq - PREZİDENT
Siyasət 15:35Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
İqtisadiyyat 15:34Azərbaycan manatının dövretmə sürəti cüzi artıb
İqtisadiyyat 15:29"Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb
İqtisadiyyat 15:23"Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"
Təhsil 15:18Parlamentlərin savaşı - RAKURS
Siyasət 15:10İstanbulda qadına 1794 il həbs cəzası verilib
Dünya 15:09Prezident Almaniyaya təşəkkürünü bildirib
Siyasət 15:02Avropanın süqutu - ANALİTİK
Siyasət 14:48Olaf Şolts İlham Əliyevə təşəkkür edib
Siyasət 14:44Yasamalda kafedə nöqsanlar aşkarlanıb - FOTOLAR
Hadisə 14:33“Dünya bu vəziyyətdən də çıxacaq” - ŞƏRH OLUNDU
Siyasət 14:19Bakıda körpə pəncərədən düşərək ölüb
Hadisə 14:19Özəl xəbərlər
Digər xəbərlərGüvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 17:43“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 16:40Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8227 +0,12%
- GBP 2,1249 +0,26%
- RUB 0,0185 +0,54%