İlham Əliyevlə möhtəşəm uğurlara doğru!!!

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir. Qrafikə uyğun olaraq dünən Xınalıq, Əlik, Buduq İnzibati-Ərazi Dairələrində görüşlər keçirilmişdir.

Görüşdə Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsinin sədri Yusif Abidov YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illər ərzində Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib, onların sosial rifah halının daha da yaxşılaşdırılması üçün siyasət həyata keçirib. Rayon təşkilatı sədri ölkəmizdəki uğurlarının davamlılığını təmin etmək üçün seçiciləri ölkəmizin gələcək inkişafına səs verməyə çağırıb.

Görüşdə rayon şöbəsinin təbliğat qrupunun üzvləri Süleyman Aslanov, Allahverdi Xudaverdiyev, Hüseynağa Baxışov və digərləri çıxış edərək seçiciləri ölkəmizdəki uğurların davamlılığı naminə partiyamızın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilərdə öz çıxışlarında Möhtərəm Prezidentimiz ətrafında sıx birləşdiklərini qeyd etməklə, seçki günündə bir nəfər kimi seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi olan İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.

Qusar

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi 11 Aprel tarixində keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin təbliğat kampaniyasını uğurla davam etdirərək rayonun Samur qəsəbəsi, Avaran və Qalacıq kənd seçiciləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin sədri David İbramxəlilov çıxış edərək 2003-2018-ci illər ərzində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tarixi nailiyyətlərin əldə edildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan inkişafda olan ölkələr arasında öz yerini möhkəmlətmişdir. Son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş lahiyələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, iqtisadi yüksəlişində danışıb. O, gələcəyimizin daha yeni qələbələrə və uğurlara imza atması üçün YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə rayon təşkilatının idarə heyətinin üzvü Zahir Mustafayev, Avaran kənd seçiciləri adından Əmrah Əmrahov, Narulla Davıdov və Qalacıq kənd seçiciləri adından Gülnaz Hacımuradova çıxış edərək Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmizin hərtərəfli inkişaf etdiyini, Azərbaycanın dünyada sabitlik adasına çevrildiyini diqqətə çatdırıblar. Seçiciləri seçki günündə bir nəfər kimi seçki məntəqələrinə gələrək, İlham Heydər oğlu Əliyevə səs verəməyə çağırıblar.

Görüşlərdə iştirak edən seçicilər Azərbaycanın bugünkü reallıqlarını nəzərə alaraq Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

İsmayıllı

İsmayıllı rayon təşkilatı prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Bizlan və Keyvəndi kəndlərində seçicilərlə görüş keçirib.

Keçirilən tədbirləri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının idarə heyətinin üzvü Valeh Salehov açaraq, qeyd edib ki, Prezident İlham Əliyevin 2003-cü ildə xalqımızın böyük əksəriyyətinin səsi ilə Prezident seçilməsindən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu islahatlar dövlətimizin başçısı İlham Əliyev tərəfindən daha dinamik və çoxşaxəli şəkildə davam etdirildi. Məhz ötən 15 ilin ictimai-siyasi, həmçinin sosial-iqtisadi mənzərəsinə, statistik göstəricilərinə nəzər yetirdikdə bir daha bu reallığın şahidi oluruq. Azərbaycanın son illərdə dünya miqyasında əldə etdiyi uğurlar məhz Prezident İlham Əliyevin adı, onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır.

YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxışında qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib, gördüyü işlərlə, imza atdığı qlobal layihələrlə dünya miqyasında nüfuzlu Lider, ölkə daxilində qətiyyətli, uzaqgörən rəhbər olduğunu təsdiq edib:«Dövlətimizin başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Möhtərəm Prezidentimiz ötən 15 ildə iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə dövlətçilik və milli maraqlarımızı qorudu, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm islahatlar apardı, Azərbaycanın dövlət müstəqilliyinin təməlinin daha da möhkəmləndirilməsinə nail oldu». A.Nəbiyev seçiciləri prezident seçkilərində fəal olmağa, işıqlı gələcəyimizə, iqtisadi inkişafımıza, siyasi sabitliyimizin qarantı olan Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Daha sonra çıxış edən kənd sakinləri T.Hacətov, N.Məmmədova, O.Quluyev, Ş.Cəbiyev, T.Həsənova və digərləri Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək, bütün seçicilərin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək, Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.

Binəqədi

Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov Prezident Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 14 ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı danışıb. Dövlət başçısının Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla, müasir tələblərə uyğun və yeni çalarlarla davam etdirdiyini bildirib.

Milli Məclisin deputatı Kamaləddin Qafarov isə çıxışında qeyd edib ki, ölkəmizdə müxtəlif sahələr üzrə əldə olunan nailiyyətlər, xalq-iqtidar birliyi onu deməyə əsas verir ki, Cənab İlham Əliyev alternativsiz liderdir. Cənab Prezidentin siyasi nüfuzu, yüksək qətiyyəti, ardıcıl və məqsədyönlü siyasi strategiyası ilə rəqabət aparmaq qeyri-mümkündür. Çünki Cənab İlham Əliyev həyata keçirdiyi beynəlxalq layihələr, gördüyü işlərlə bütün dünya birliyi tərəfindən qəbul edilir, sayılıb-seçilir.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova çıxışında ölkəmizdə həyata keçirilən uğurlu təhsil və səhiyyə islahatlarından danışıb. Cənab İlham Əliyevin "Bir ölkənin inkişafı onun təhsil göstərdiyi diqqətindən asılıdır" tezisli çıxışlarına toxunaraq, təhsilin bir dövlətin və xalqın inkişafındakı misilsiz əhəmiyyətindən söz açıb. Bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün daha da artır. Ölkəmizdə təhsil müəssisələrinin yenidənqurulması, təmiri, yeni təhsil müəssisələrinin tikilməsi, gənclərin xaricdə təhsil alması üçün maliyyə xərclərinin dövlət hesabına ödənilməsi və s. kimi islahatlar gənclərin daha təhsilli, elmli yetişmələrinə hesablanıb. Bu gün Azərbaycan dövləti hesabına xaricdə təhsil alan gənclərimizin bu diqqət və qayğını yüksək qiymətləndirdiklərini və ölkəmizi xaricdə ləyaqətlə təmsil etdiklərini vurğulayıb.

Gənc seçicilərdən Famil Qurbanov, Elvin Əjdərli çıxış edərək ölkəmizdə gənclərə yaradılan yüksək şəraitdən, diqqət və qayğıdan bəhs etdilər. Cənab İlham Əliyevi dəstəklədiklərini bilirdilər. Bütün gəncləri və seçiciləri dövlət başçısnın ətrafında sıx birləşərək, ona səs verməyə dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə