"Gəlin, İlhamlı gələcəyə inamla addımlayaq!" FOTOLAR

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Qaradağ rayon şöbəsində seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, çoxsaylı rayon seçicilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov açıb.
YAP Qaradağ rayon təşkilatının sədri qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicini seçki məntəqəsinə gəlməyə və ölkəmisdə inkişafı, sabitliyi təmin edən YAP-ın namizədi İlham Əliyevə səs verməyə səsləyib: “Xalqın Cənab İlham Əliyevə sevgisi böyükdür. Bu gün Azərbaycanın hər bir rayonu, hətta ucqar dağ kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığını istəyiriksə 11 Apreldə seçki məntəqələrinə gəlməli və hər birimiz Cənab İlham Əliyevə səs verməliyik. Mən inanıram ki, məhz belə də olacaq, Qaradağ rayonunun hər bir seçicisi öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir. Gəlin, birlikdə İlhamlı gələcəyə inamla addımlayaq!
Sonra Qərargahın üzvü Xaliq Məmmədov, Canməmməd Şamilov və Pakizə Əliheydərova çıxış edərək İlham Əliyevin son 15 ildə Azərbaycan üçün gördüyü işlərdən söhbət açıblar. Qeyd ediblər ki, sürətli inkişaf nəticəsində Azərbaycanın nüfuzu dünya ölkələri arasında qat-qat artırıb. Hər bir azərbaycanlı kimi qaradağlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz İlham Əliyevə səs verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə