Azərbaycan Dillər Universitetində (ADU) “15 iyun - Milli Qurtuluş günü” qeyd olunub. Universitetdən SİA-ya verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışının qeyd olunduğunu deyib: “Bu bayramın adı ilə mahiyyəti üst-üstə düşür. Bizim tələbələrimizə həmin günlərin ab-havasını təqdim etmək o qədər də asan deyil. Çünki bu, artıq inanılmaz bir hal kimi qəbul edilə bilər. 1990-cı ildən sonra Azərbaycanın müstəqilliyə doğru başına gələn müsibətlər və bu istiqamətdə Azərbaycanı bataqlığa, uçuruma doğru addımların atılması onu göstərdi ki, bütün millət, xalq bu ağır vəziyyətdən çıxmaq yollarını axtarır. Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə gətirilməsi bütün xalqın ən ümdə arzusu idi.
Həmin dövrlərdə xalq Ulu öndərin gəlişini gözləyirdi. Və Heydər Əliyev gəldi, Azərbaycanı uçurumun önündən qaytardı. İlk səfərləri hərbi hissələrə oldu, qarşı-qarşıya duran insanları sakitləşdirdi, onun nüfuzu, hörməti Azərbaycanın bütöv şəkildə xaotik vəziyyətdən çıxmasına kifayət etdi. Heydər Əliyevin hakimiyyəti dövründə bir çox qayıdışları olub. Ulu öndərin ən möhtəşəm qayıdışı Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz onun simasında Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə qayıdışını, dəst-xəttini, ruhunu, nəfəsini günbəgün görürük, hiss edirik. Elə düşünürəm ki, Azərbaycan vətəndaşı bugünkü rahatlığa, əhval-ruhiyyəyə, ölkənin bugünkü inkişafına, rifahına görə Ulu öndərə minnətdardır və minnətdar olaraq qalacaqdır. Onun qayıdışı millətimizi xilas yoluna çıxardı, ölkəmizin bu cür addımlamasına şərait yaratdı. O zamanlar Bakıda asudə şəraitdə gəzmək qeyri-mümkün idi. Heydər Əliyev bunun çıxış yolunu tapdı, addım-addım, səbrlə Azərbaycan həqiqətlərini dünyaya tanıtdı. Azərbaycan ətrafında həmin zamanlarda süni məngənə yaradılırdı. Bunun qarşısını alan və buna ilk növbədə zərbə vuran məhz Heydər Əliyev oldu. Biz ona bu gün, sözün həqiqi mənasında, səmimi qəlbdən minnətdar olmalıyıq. Universitetimiz bu vəfa borcunu həyata keçirir, biz hər addımımızda onun adına, tövsiyələrinə, nəsihətlərinə layiq olmağa çalışırıq. Hamınızı bu bayram münasibətilə təbrik edirəm”.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev Azərbaycanın inkişaf yolunda Ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında fikirlərini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Bu məşqçilər Tuxellə müqayisə oluna bilməz"
İdman 18:56Entoni Blinken İsrailə səfər edəcək
Dünya 18:24Ruslara yeni səfərbərlik lazım olacaq..?
Dünya 18:05Güvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 17:43Qiymətli metalların geoloji axtarışı aparılacaq
İqtisadiyyat 17:32İlham Əliyev Almaniyanın XİN başçısı ilə görüşüb
Siyasət 16:41“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 16:40Yaşıl dünya boyalarda... - Masallıda tədbir
Sosial 16:40İlham Əliyev Berlində böyük coşqu ilə qarşılanıb
Siyasət 16:35Final oyununda nominal ev sahibi bəlli olub
İdman 16:31DVX tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib
İqtisadiyyat 16:27"Azərkosmos" yeni əməkdaşlıqlara başlayıb - FOTOLAR
İqtisadiyyat 16:24Etibarın və etimadın tək ünvanı –Azərbaycan! TƏHLİL
Siyasət 16:23Böyük dəstəyin göstəricisi
Siyasət 16:22Əli Əsədov yeni qərar imzalayıb
İqtisadiyyat 16:04Azərbaycanda nağdsız ödənişlərin məbləği martda 60 % artıb
İqtisadiyyat 16:03Azərbaycan banklarına qoyulan depozitlər cüzi azalıb
İqtisadiyyat 15:59Azay Quliyev Danimarkaya gedir
Siyasət 15:58“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Siyasət 15:51Güclü əməkdaşlıq mövcuddur
Siyasət 15:49Çörək yeyəndə, de, bismillah! -FELYETON
Sosial 15:45Tanzaniyada sel fəlakəti xeyli can aldı
Dünya 15:39COP29 qarşıdurma arenası olmayacaq - PREZİDENT
Siyasət 15:35Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
İqtisadiyyat 15:34Azərbaycan manatının dövretmə sürəti cüzi artıb
İqtisadiyyat 15:29"Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb
İqtisadiyyat 15:23"Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"
Təhsil 15:18Parlamentlərin savaşı - RAKURS
Siyasət 15:10İstanbulda qadına 1794 il həbs cəzası verilib
Dünya 15:09Prezident Almaniyaya təşəkkürünü bildirib
Siyasət 15:02Avropanın süqutu - ANALİTİK
Siyasət 14:48Olaf Şolts İlham Əliyevə təşəkkür edib
Siyasət 14:44Yasamalda kafedə nöqsanlar aşkarlanıb - FOTOLAR
Hadisə 14:33“Dünya bu vəziyyətdən də çıxacaq” - ŞƏRH OLUNDU
Siyasət 14:19Bakıda körpə pəncərədən düşərək ölüb
Hadisə 14:19Özəl xəbərlər
Digər xəbərlərGüvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 17:43“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 16:40Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8227 +0,12%
- GBP 2,1249 +0,26%
- RUB 0,0185 +0,54%