Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olub

Bakı Ali Neft Məktəbində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulanıb, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirilib. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Azərbaycan milli ordusunun yarandığı tarixi şərait və ordu quruculuğunda qarşıya çıxan çətinliklər (1918-1920)” adlı məruzə ilə çıxış etmiş, ordu quruculuğu sahəsində görülən işlərdən danıb.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli yol, ordunun hazırki döyüş qabiliyyəti haqqında hazırlanmış sənədli film nümayiş etdirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə