Zaqatalada 1100 hektar yeni fındıq bağları salınıb

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin payız mövsümündə rayon ərazisində daha 1100 hektar sahədə yeni fındıq bağları salınıb. İlin sonunadək yeni bağ sahələri daha da artırılacaq. Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Qurumdan bildiriblər ki, ötən ilin payızında və cari ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb. Uçotdan kənarda qalan və yeni qeydiyyata alınan bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 18 min 117 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə