ATMU əməkdaşları İranda keçirilən beynəlxalq tədbirlərdə FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı Gülgəz Məmmədova və doktorantı Sənubər Qənbərova İran İslam Respublikasında keçirilən “Hərəkət” beynəlxalq tələbə festivalının və ölkənin Karaj şəhərində keçirilən "Gənc Tədqiqatçılar və Qlobal Akademik Əməkdaşlıq" adlı Beynəlxalq Forumun iştirakçısı olublar. SİA ATMU-dan verilən xəbərə görə, tədbir adıçəkilən ölkənin Elm, Araşdırma və Texnologiya Naziriliyi və İsfahan Universiteti tərəfindən təşkil edilib. Proqrama mühazirələr, müzakirələr, qrup işləri, hesabat-təqdimatlar, mədəni proqramalar və o cümlədən, Karaj, Kaşan, Tehran, İsfahan şəhərlərinə gəzintilər çərçivəsində tarixi mədəniyyət abidələrinə ziyarət daxil idi. Qeyd etmək lazımdır ki, “Hərəkət” beynəlxalq tələbə festivalına 140 fərqli ölkədən 21000 çox müraciət daxil olub. Hərtərəfli qiymətləndirmədən sonra 90 uğurlu namizəd tədbirdə iştirak hüququ qazanıb.

ATMU-nun əməkdaşları Gülgəz Məmmədova tədbirdə “Ekoloji mədəniyyətin formalaşmasında incəsənətin rolu”, Sənubər Qənbərova isə “Azərbaycanda turizmin inkişafında multikulturalizmin rolu” mövzusuna həsr etdikləri poster-çıxışlarla təmsil olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə