Niyə ölmədin, Əli Kərimli?! KÖŞƏ YAZISI

Dövlət başçısının bir neçə gün ölkədə olmaması məsələsindən dərhal öz çirkin maraqları üçün istifadə etməyə cəhd göstərən şivənçi müxalifət “liderləri” öz “səviyyələrinə” layiq ucuz və iyrənc təfəkkürləri ilə cəmiyyətdə çaşqınlıq yaratmaq istədilər. Amma onların növbəti oyunbazlıqları sözün əsl mənasında içlərində qaldı. Özü də elə qaldı ki..!

Demək, xarici kəşfiyyat orqanları ilə sıx təmasda olan, hətta onlardan biri ilə aşiqi-məşuq olub, ikilikdə bir alma dişləyən və hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızının guya ki, sözügedən məsələdə “sensassiya” yaratmaq cəhdi birbaşa AXCP sədri Əli Kərimlinin başında çatladı özü də necə! Çünki bildiyimiz kimi, Əli Kərimli yalan-palan konteksti əsasında sosial medialar vasitəsi ilə canlı yayımlara çıxıb boğazını uzada-uzada, başını əsdirə-əsdirə çənə döyməyi çox xoşlayır. Bu gün onun həm də bloger olması da kimsəyə sirr deyil. Lakin mövzudan yayınmayaraq, yenidən qayıtmaq istəyirəm sözügedən məsələyə. Beləliklə, Sevinc Osmanqızı Əli Kərimlini canlı yayımına dəvət edir və onlar başlayırlar boşboğazlıq edə-edə müxtəlif versiyalarla camaatın başını qatmağa. Ay nə bilim filan şey belə olmalıydısa bu cür oldu, beşməkan zad bu cür olmalıydısa belə oldu və nəhayət – yuxarıda qeyd edilən mövzu ətrafında ən idbarçı, ucuz, hətta siyasi deyil, elə fiziki fahişəlik yolu ilə xaltoplama, özünüreklam zamanı xəbər gəldi ki...

Xəbər gəldi ki, dövlət ən təməlli dayaqları ilə ayaq üstündədir və dövlət başçısı iş başında müxtəlif görüşlər keçirir, sərəncamlar verir və s. Bax onda elə bil ki, Əli Kərimlinin təpəsinə bir tiyan qaynar qır, boğazına isə ərimiş qurğuşun töküldü, onu yandırıb-yaxdı, cızdağını çıxardı, hələ harasınasa, hansısa bədən deşiyinə paz girdisə də, daha onu yazmıram. Məncə, oxucuların özü müəyyən eləsə daha yaxşı olardı.

Sevinc Osmanqızının isə belə bir vəziyyətdə, bu cür situasiyada xəbəri eşidən qulağından qan açılmasına, bəlkə də ayrı nöqtələrindən də qan fışqırmasına şübhəm qalmadı. Qalmadı ona görə ki, kaş həmin andaca həm Əli Kərimlinin, həm də Sevinc Osmanqızının fizianomiyalarındakı cizgilərin arasındakı idbarlığın necə idrarlığa çevrilməsini görməyənlər görərdilər.Fəqət, hər vaxtkı kimi bunlar guya “çıxış yolu” tapdılar, gülünc, yersiz, istehzadoğurucu bəhanələri ilə. Demə ki, Azərbaycandan bunların canlı yayımlarına müdaxilə olundu-zad... Bax ha, Azərbaycandan ABŞ-a (!) internet üzərindən, özü də canlı yayıma “müdaxilə edilib”.

Lakin bu da son deyil. Sağlam düşüncəli insanlar onsuz da belələrinin izafi vay-şivənçiliklərinin çoxsaylı şahidləridirlər. Misal üçün, bir neçə gün əvvəl “Milli Fədailər” adlanan qrupun başçısı Fuad Muradovun bir neçə il əvvəl silahla çəkdirdiyi fotosunu “Facebook” sosial şəbəkəsində yaymasının ardınca, Əli Kərimli dərhal özünə qarşı “sui-qəsd” (?) hazırlığı kimi qələmə verib şalvarını çəkdi başına. Amma sonradan bir sıra məqamlar aydın oldu və bu başqa mövzu məsələsidir. Sadəcə, məsələ ondadır ki, gündəmdə qalmaq, özlərini zorla onları rədd edən xalqa sırımaq üçün dəridən-qabıqdan çıxmaq xəstəliyi artıq hər kəsin zəhləsini aparıb. Əgər Əli Kərimlidə və onun yan-yörəsindəkilərin həqiqətən də ağılları, şərəfləri, mənəviyyatları, vicdan və layaqətləri olsaydı zamanında üzüsulu şəkildə cəhənnəm olub-çəkilərdilər bir kənara. Ancaq ağıl, ləyaqət, vicdan, şərəf, mənəviyyat bunlarda nə vaxt olub ki...

Rövşən NURƏDDİNOĞLU

P.S. Bütün bunlardan sonra özündə təpər tapıb, istər öz əcəli ilə, istərsə də öz əli ilə ölmək lazım idi Əli Kərimliyə. İndi sual edirəm ki, axı niyə ölmədin Əli Kərimli? Lakin onda belə məsələlər üçün də kişilik faktoru yoxdur, ona görə də sualımın cavabsız qalacağına 100% əminəm!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...