İlon Mask insanabənzər robotunu təqdim etdi

“Tesla AI Day 2022” təqdimatı zamanı milyarder İlon Mask “Optimus” humanoid robotunun iki prototipini nümayiş etdirib. SİA xəbər verir ki, onun alıcılara 20 min dollara başa gələcəyi bildirilib.

İlk prototip müstəqil şəkildə ayaq üstə hərəkət edə və musiqinin ritminə uyğun olaraq qollarını yelləyə bilir. O, çiçəkləri sulayır, müəyyən ev işləri görür. Optimus “Tesla” avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir.

Gələcəkdə robot, məsələn, anbarda fəhlə kimi işləyə biləcək. Onun enerjisinin tam bir iş günü üçün kifayət edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə