Ukrayada “Akıncı” PUA-ları istehsal olunacaq

Ukraynadakı “Baykar” zavodunda “Bayraktar TB2” PUA-ları ilə yanaşı “Akıncı” PUA-ları da istehsal olunacaq. SİA xəbər verir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

Baş direktorun sözlərinə görə, baş verən hadisələrə baxmayaraq, Ukraynada zavodun yaradılması üzrə işlər davam edir. Xalyuk Bayraktar bildirib ki, müəssisədə yeni modellərin buraxılması planlaşdırılır ki, onlardan biri Ukrayna adını ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə