Şəbəkə “uje” Rusiyanın yeni xəritəsini dərc edib

Daha cox Kremldən “qaynaqlanan” jurnalist Dmitri Smirnov ilhaqdan sonra Rusiyanın yeni ərazilər də daxil olmaqla...təp-təzə xəritəsini göstərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, müvafiq şəkli öz Telegram kanalında yayımlayıb.

Şəbəkədə yerləşdirilən kadrda dörd yeni subyekt - Donetsk və Luqansk Xalq Respublikaları (DNR və LNR), Xerson və Zaporojye vilayətləri göstərilir. "Rusiyanın xəritəsi indi belə görünür", - yazının başlığında deyilir.

Qeyd edək ki, daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov Donbassın hələ 2014-cü ildən Rusiya sərhədləri daxilində Rusiyanın tərkibinə daxil olacağını bildirmişdi. O, Zaporojye və Xerson vilayətlərinin sərhədləri ilə bağlı məlumatları dəqiqləşdirməyə söz verib.

...Nə bilmək olar, döyüşlər ki, hələ gedir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə