ABŞ senatorunun Ukraynaya qarşı “nüvə hücumu”

“Əgər Putin Ukraynaya qarşı təhdidlərini davam etdirsə və nüvə silahından istifadə etsə, biz bunu NATO-ya geniş miqyasda hücum hesab edərik". SİA xəbər verir ki, bu sözləri ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham deyib.

Rusiyanın 21-ci əsr boyunca nüvə silahından "şantaj" üçün istifadə etdiyini ifadə edən Qraham, "Bu şantaja dərhal qarşı çıxmalıyıq"-dedi.

NATO-nun Rusiyaya açıq mesaj verməsi lazım olduğunu vurğulayan Qraham deyib: "Putinin əmri ilə Ukraynada nüvə partlayışı baş verərsə, bu, NATO-nun özünə qarşı bir hücum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə