Sərhəddə yüksək hazırlıq rejimi tətbiq edilib, amma...

Tikanlı məftil də kara gəlmir..?

Qazaxıstanla həmsərhəd olan Həştərxan vilayətinin Krasnoyarsk rayonunda yüksək hazırlıq rejimi tətbiq edilib. Bununla bağlı Krasnı Yar kəndində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, “İnterfaks” xəbər verir ki, bu barədə rayonun rəhbəri Ruslan Bisenov öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu, Həştərxan-Krasnı Yar avtomobil yolunun boşaldılması zərurəti ilə bağlıdır.

“Buna görə də rayon administrasiyası və “Astraxanavtodor” nəqliyyatın müvəqqəti məhdudlaşdırılmasının təşkili və qeyri-rezident və xarici nəqliyyat vasitələrinin yan keçmə sxeminin hazırlanması üzərində birgə işləyir. Bu kateqoriyalar üçün ponton keçidi ilə və Krasnıy Yar kəndi daxilində gediş-gəliş də məhdudlaşdırılacaq”.

Qeyd edək ki, bunu da rayon rəhbəri bildirib.

Bisenovun dediyinə görə, Qaraözək kəndi yaxınlığında hüquq-mühafizə orqanları, Dövlət Yol Müfəttişliyi və yanğınsöndürənlər tərəfindən nəzarət gücləndiriləcək.

...Rayon xəstəxanasının rəhbərliyinə Karaözek, Koşelev, Krivoy Buzan, Baklanye və digər yaşayış məntəqələri ərazisində növbətçilik üçün əlavə təcili yardım briqadası təşkil etməsi də tövsiyə olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə