Bolqarıstanda turist avtobusu qəzaya uğrayıb...

17 uşaq xəstəxanaya yerləşdirilib

Bolqarıstanın Stara Zaqora şəhəri yaxınlığında içərisində 10 böyük və 38 uşağın olduğu serbiyalı turistləri aparan avtobus qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “bTV” kanalı məlumat ayıb.

Şossedən çıxan avtobus yol kənarındakı xəndəyə düşüb.

Hadisədən sonra 7-17 yaş arası 17 uşaq və bir neçə şəxs hadisədən sonra yüngül xəsarətlərlə Stara Zaqora xəstəxanasına aparılıb.

Yetkin şəxslərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Avtobusda folklor festivalından qayıdan 48 nəfər iştirakçı olub.

Ölənlər barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə