BMT sülhməramlıları Ukraynaya nə vaxt gəlir?

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlar üzrə Baş katibinin müavini Jan-Pierre Lakrua Ukraynaya sülhməramlıların göndərilməsinin tez olduğunu bildirib.

SİA TASS-a istinadən xəbər verir ki, BMT rəsmisi qeyd edib ki, buna baxılması üçün ölkədə atəşkəsə nail olmaq lazımdır.

“...Zənnimcə, zorakılığın dayandırılmasına nail olunana qədər hər hansı mexanizm haqqında düşünmək hələ tezdir”-deyə Lakrua bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Polşa sakinlərinin əksəriyyəti Avropa İttifaqı, NATO və ya BMT tərəfindən bu cür başlanğıc edilərsə, sülhməramlı missiya çərçivəsində ölkə ordusunun Ukrayna ərazisinə daxil olmasını dəstəkləyib. Bundan bir qədər əvvəl isə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Varşavanın Ukraynaya qarşı ərazi iddialarını rəsmən tanıdığını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...