“Forbes”in yerli hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən verdiyi məlumata görə, FTB əməkdaşları ABŞ-ın keçmiş prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısını alıblar. Verilən məlumata görə, sui-qəsdi İraqdan olan şəxs planlaşdırıb.

SİA-nın rus saytlarına istinadən əldə etdiyi məlumata görə, sui-qəsdin iddia edilən təşkilatçısı 2020-ci ildən Ohayo ştatının Kolumbus şəhərində yaşayan və sığınacaq üçün müraciəti gözləyən İraq vətəndaşıdır. FTB-nin məlumatına görə, o, İŞİD-lə əlaqədə şübhəli bilinir.

Həbs edildikdən sonra şübhəli şəxs keçmiş prezidentin 2003-cü ildə ABŞ hərbi işğalından sonra çoxlu iraqlının öldürülməsində və ölkənin parçalanmasında məsuliyyət daşıdığına inandığı üçün Buşu öldürmək istədiyini deyib.

FTB məhkəmə sənədlərində artıq həbs edilən şübhəlinin müqavimətin üzvü olduğu da bildirilir.

Belə ki, 2003-2006-cı illər arasında o, İraqda ABŞ əsgərləri yaxınlıqda olarkən avtomobillərə partlayıcı dolduraraq onları partlatmaqla çoxlu ABŞ vətəndaşını öldürüb.

Yeri gəlmişkən, sən demə, Corc Buşa edilən sui-qəsddən biri də bu yaxınlarda Rusiya prezidenti Vladlmlr Putinə edilibmiş. Belə ki, bunu da Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov indi xatırlayır.

Onun dediyinə görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Vladimir Putinə edilən cəhdin qarşısı vaxtındaca alınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə