Fransadakı yəhudilər təqiblərdən və antisemitizmdən şikayətlənir

Fransada yaşayan yəhudilərin əksəriyyəti fransız cəmiyyətində antisemitizmin geniş yayıldığını hesab edir ki, bu da onların təqib, lağ etmə və milli mənsubiyyətini gizlətmək məcburiyyətində qalması deməkdir.

SİA “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, müvafiq araşdırma Amerika Yəhudi Komitəsi (AJC) və Fransa Siyasi İnnovasiya Fondunun sifarişi ilə Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) tərəfindən aparılıb.

Belə ki, sorğuda iştirak edən 500-dən çox yəhudi məzhəbindən və ya mədəniyyətindən olan fransızın 85%-i antisemitizmin geniş yayılmış bir fenomen olduğuna inanır, 73%-ə görə isə bu, artmaqda davam edir.

Yarıdan çoxu lağ edildiyini, gülüş obyektinə çevirildiyini təsdiqləyib, respondentlərin 30%-i mütəmadi olaraq təhqir olunub (digər 23% - ən azı bir dəfə).

Sorğuda iştirak edənlərin 24%-i isə yəhudi icmasına mənsub olduqları üçün həyatlarında ən azı bir dəfə sağlamlıqlarına və ya əmlaklarına təhlükə ilə üzləşiblər. 7%-i əmlaklarının mütəmadi olaraq zədələndiyini, 8%-i isə təkrar fiziki zorakılıq hallarından şikayətləndiyini bildirib.

Bu fenomenin miqyası və qərəzin davamlılığı sabit qalırsa, təxminən hər üç fransızdan biri - 30% yəhudilərin orta sakindən daha zəngin olduğuna, dörddə biri - maliyyə və mediada həddindən artıq gücə sahib olduğuna inanır.

Araşdırmanın ən diqqət çəkən tərəfi məktəb və uşaqlarla bağlıdır.

AJC Avropa Bürosunun direktoru Simone Rodanın sözlərinə görə, Sena-Saint-Denis departamentində və Parisin bəzi bölgələrində valideynlər bu səbəbdən uşaqlarını dövlət məktəblərindən çıxarırlar. Valideynlərin 60%-i övladlarından müəyyən ərazilərə getməməyi, 55%-i yəhudi icması ilə əlaqə yaratmağa imkan verən əşyalar geyinməməyi xahiş edir.

Valideynlərin 45%-i də övladlarından milli mənsubiyyətləri barədə heç kimə danışmamağı xahiş edir.

Sorğu noyabrın 24-dən yanvarın 10-dək fransızların üç qrupu - 521 yəhudi konfessiyasının nümayəndəsi, 501 nəfər müsəlman və daha 1,5 min fransız cəmiyyətinin kvota üzrə seçilmiş nümayəndəsi arasında aparılıb.

Respondentlərin əksəriyyətinin əsas problemi ölkədə İsrailə nifrət bəslənməsidir. Ancaq son vaxtlar buna anti-vaksçılar və ifrat sağçılar arasında yayılan şayiələr də əlavə olunur. Sonuncular hər şeyə görə Fransada müsəlman konfessiyasının nümayəndələri arasında radikal islamçı ideyaların yayılmasını günahlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə