Avropanın 5 ölkəsində koronavirus halları 1 milyonu keçdi

Mərkəzi Avropanın 5 ölkəsində gündəlik aşkarlanan yoluxmaların ümumi sayı 1 milyonu ötüb. SİA xarici mətbuata istinadən bildirir ki, Fransa və İtaliya ən çox yoluxma halı olan ölkələr olsa da, İtaliyada Covid-19-dan ən çox ölüm qeydə alınıb.

“Omikron” variantının təsiri Avropada davam edir. İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniyada yoluxma və ölüm sayının artması davam edir. Bu ölkələr arasında ən çox yoluxma qeydə alınan ölkə Fransa olub. Ölkədə 24 saat ərzində 436 min 167 yoluxma aşkar edilərkən, 231 nəfər dünyasını dəyişib.

İtaliyada bir gündə 192 min 320 nəfərdə covid-19 aşkarlanıb, 380 nəfər ölüb. İngiltərədə yoluxma sayı 108 min 69 olaraq açıqlanarkən, can itkisi 359-a çatıb.

Almaniyada yoluxma sayı 121 min 952, can itkisi isə 258 olaraq qeyd edilib. Nəhayət, İspaniyada 157 min 941 hadisə aşkarlanıb, 160 nəfər ölüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə