Koronavirusdan ölənlərin sayı 132075 nəfərə çatıb - İRANDA

İranda ötən sutka ərzində 31 nəfər koronavirusdan (COVID-19) ölüb. SİA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132075 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 2292 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 622 10 33 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə