Kanada da Pekin olimpiadasını boykot edib

Kanada 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq.

SİA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo bəyan edib.

Kanada bu qərarı Ottavanın Çində insan hüquqlarının pozulması ilə bağlı narahatlığına cavab olaraq qəbul edib.

Beləliklə, ölkə rəsmiləri Pekinə səfər etməyəcəklər, lakin kanadalı idmançılar beynəlxalq yarışlarda mübarizə apara biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB