Peyvənd olunmayanlar 100 avro cərimə olunacaqlar

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis gələn ildən 60 yaşdan yuxarı vətəndaşlar üçün Covid-19-a qarşı peyvəndin məcburi olacağını, qaydaya əməl etməyənlərin isə ayda 100 avro cərimələnəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Yunanıstanda koronavirusla mübarizə çərçivəsində tədbirləri gücləndirilib.
“Cərimələrdən toplanan pullar xəstəxanalara dəstək olmaq üçün xüsusi bir fonda yatırılacaq”, - deyən Mitsotakis, yeni tədbirin Omicron mutasiyasının aşkarlanmasından sonra peyvənd proqramını sürətləndirmək səyləri çərçivəsində tətbiq edildiyini qeyd edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə