61 nəfərin Covid-19 testi müsbət çıxıb

Hollandiyada Cənubi Afrikadan Amsterdama iki təyyarə ilə gələn və koronavirus testi müsbət çıxan 61 nəfər karantinə alınıb. SİA xarici mətbuata istinadən bildirir ki, sərnişinlərin Cənubi Afrikada ortaya çıxan yeni “Omikron” mutasiyasına yoluxub-yoluxmadığı araştırılır.

Hollandiya Səhiyyə Nazirliyi tərəfindən Cənubi Afrikadan iki təyyarə ilə Hollandiyanın paytaxtı Amsterdama gələn təxminən 600 sərnişinin test oldunduğu və bunlardan 61-nin covid olduğu bildirlib. Hollandiya hökuməti Cənubi Afrikadan gələn uçuşları dayandırıb. Səhiyyə naziri Hugo de Jonge hazırda Hollandiyaya gələn sərnişinlərin gəldikdən sonra test ediləcəyini və karantinə alınacağını bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə