Türkiyə Milli Təhlükəsizlik Şurası Bəyanat paylaşdı

Türkiyə Milli Təhlükəsizlik Şurası (MGK) ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplandı. SİA bu barədə türk mətbuatına istinad edir.

Prezident Aparatı İqamətgahında təşkil edilən yığıncaqdan sonra paylaşılan Milli Təhlükəsizlik Şurası Bəyanatında yazılıb:

  • PKK/KCK-PYD/YPG terror təşkilatlarına qeyri-qanuni dəstək verənlərdən bu fəaliyyətlərini təcili sona çatdırmalarını gözləyirik.
  • İraqın terrorla mübarizəsinə güclü dəstəyimizi davam etdirəcəyik.
  • Balkanlarda dinclik və barışın sürməsi çox mühümdür.
  • Təcavüzkar ifadə və hərəkətlər yerinə Yunanıstan yaxşı qonşuluq əlaqələrini yerinə yetirməməkdə israrlıdır. Yunanıstan hökumətini təhrikedici güclərin bölgənin dincliyini pozacaq bu yanaşmalarından çəkilərək haqq və barış istiqamətində mövqe nümayiş etdirməyə çağırırıq.
  • Liviyada qalıcı sülh və rifah mühitinin təsis edilməsi müddətindəki gərgin mərhələlərdən biri olan prezident və parlament seçkilərinin hüquqa uyğun və dinc şəkildə reallaşdırıla bilməsi üçün təktərəfli addımlardan uzaq durulmalıdır.
  • Qafqaz qonşularımız arasındakı anlaşılmazlıqların beynəlxalq hüquq və ölkələrin torpaq bütövlüyünə hörmət çərçivəsində barışçıl yollarla tezliklə həll edilməsi tərəfdarıyıq. Bundan başqa, Ermənistan ona uzadılan barış əlini bir fürsət olaraq qiymətləndirməli, atəşkəsə tam riayət etməli və əməkdaşlığı dəyərləndirməlidir."

MGK Bəyanatında Türkiyə iqtisadiyyatı mövzusuna da toxunularaq yazılıb: "Türkiyə qurduğu möhkəm infrastruktur üzərində, hədəflərinə uyğun şəkildə sərmayə, istehsal, məşğulluq və ixracat mərkəzli iqtisadiyyat siyasətlərini həyata keçirmə müddətində təhdidlərlə qarşılanmış və qarşılaşmaqdadır. Cümhuriyyətimizin 100-cü ilində (2023) hər sahədə olduğu kimi, güclü iqtisadiyyat yolunda da irəliləyəcəyik."

Bütün xəbərlər Facebook səhifəmizdə