Məhkəməni gözləyərkən polisin silahına əl atıb

ABŞ-da məhkəmə iclasına əlil arabası ilə gedən 55 yaşlı məhbus Fredrik Qoss polisin silahını götürərək saniyələr ərzində polislə mübarizə aparıb. Qossu hadisə yerinə gələn başqa bir polisi vurub. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın İllinoys ştatında baş verən hadisədə Fredrik Qoss əlil arabasında məhkəmə saatını gözləyirmiş. 55 yaşlı məhbusun əlində qandal olmayıb. Qoss qəfildən yanındakı polisin silahını götürərək polislə döyüşməyə başlayıb. Təxminən 30 saniyə davam edən mübarizə anbaan təhlükəsizlik kamerasına əks olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə