Latviya prezidenti Egil Levits COVID-19-dan sağalıb.
Bu barədə onun mətbuat katibi Ayva Rozenberq jurnalistlərə bildirib.
“Prezident COVID-19-a yoluxduqdan sonra ikinci test verib və analizin mənfi olduğu ortaya çıxdı”, – Rozenberq deyib.
Onun sözlərinə görə, prezident özünü yaxşı hiss edir və məsafəli rejimdə işləməyə davam edir.
Daha əvvəl Latviya Prezidentinin dəftərxanası Egil Levitsin koronavirusa yoluxduğunu açıqlamışdı. Dövlət başçısının İsveçdən qayıtdıqdan sonra testdən verməsi onun virusa yoluxduğunu təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə