“Əfqanıstanda beynəlxalq terror yuvası mövcuddur”

Əfqanıstanda acınacaqlı vəziyyət hökm sürür.

Bunu Tacikistanın müdafiə naziri, general-polkovnik Şerəli Mirzo Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin bağlanış mərasimində bildirib.

Nazirin sözlərinə görə, burada qanuni və əhatəli hökumətin olmaması, dövlət hakimiyyəti mexanizmlərinin işləməməsi, insan hüquqlarının sistematik şəkildə pozulması əsas problemlərdəndir:

“Bu amillər Əfqanıstanı humanitar fəlakət həddinə çatdırıb. Bölgədə təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradan isə beynəlxalq terror yuvasının mövcudluğudur”.

Tacik nazir qeyd edib ki, son aylarda beynəlxalq koalisiya qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması və hökumət qüvvələrinin ölkə ərazisi üzərində müstəqil nəzarəti saxlaya bilməməsi terror fəaliyyətinin artmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB