Polşa-Belarus sərhəddində daha bir miqrant həyatını itirib

Polşanın Belarusla həmsərhəd regionunda daha bir miqrantın həyatını itirməsinə dair məlumat yayılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı Polşa Sərhəd Xidməti yayıb. Qeyd edilib ki, Belarusla sərhəd ərazidə saxlanılan və Polşaya qanunsuz şəkilə daxil olmaq istəyən qrupa daxil olan iraqlı miqrant ürək infarktı nəticəsində dünyasını dəyişib. Sərhəd Xidməti əməkdaşları və tibbi xilasedici heyətinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polşa Mətbuat Agentliyinin məlumatına əsasən, həmin qrupa daxil olan daha bir miqrantda COVID-19 xəstəliyi aşkarlanıb və onu xəstəxanaya yerləşdiriblər.

Qeyd edilməlidir ki, bu ölüm halı ilə son günlərdə Polşa-Belarus sərhədində həyatını itirən miqrantların sayı beşə çatıb. Onlardan dördü Polşa ərazisində, biri isə Belarus ərazisində ölüb. Regionda yaranmış miqrant axını ilə əlaqədar Polşa sentyabrın 2-dən etibarən Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib. Bu ay ərzində təxminən beş min nəfərin qeyri-qanuni şəkildə Polşa ərazisinə keçməsi cəhdi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...