Yaxın günlərdə problem bitəcək

Günəş küləkləri ilk dəfə 25 iyul tarixində NASA-nın SDO kosmik gəmisi tərəfindən kəşf edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumatlara görə, küləklərin günəşin ən yuxarı hissəsindəki bir çuxurdan çıxdığı məlum olub. Yer bu elektrik yüklü hissəciklər və plazma axınına girib. Günəş küləkləri saniyədə 400 km sürətlə hərəkət edir. Maqnitosfer Yer kürəsini günəş şüalarından, fırtınalardan və küləklərdən qoruyur. Bu maqnit qalxanıdır. Açıqlamaya görə, günəş küləklərinin maqnitosferlə ilk təması iyulun 28-də baş verib. Bu, saatlarla davam edən kiçik bir geomaqnit pozuntusuna səbəb olub.

ABŞ Kosmik Hava Proqnozlaşdırma Mərkəzi (SWPC), bunları açıqlayıb: "Günəş küləkləri ilə Yerin maqnit sahəsi arasındakı qarşılıqlı təsir, atmosfer və ionosferin təsiri, maqnitosferdə plazma kürəsi kimi müxtəlif sahələr və cərəyanlar yaradır. Maqnitosfer çox dinamikdir, bu da texnoloji sistemlərə və insan fəaliyyətinə təsir edə bilər". Bununla birlikdə, SVPC, riskli ola biləcək müvəqqəti və ya təkrarlanan günəş küləyinin proqnozlaşdırılmadığını və yaxın günlərdə heç bir problem olmayacağını bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə