Hindistanda dəhşət: Qanq çayı cəsədlərlə doludur

Hindistanın Uttar Pradesh və Bihar əyalətlərində Qanq çayından 96 nəfərin cəsədi çıxarılıb. SİA xarici media qurumlarına istinadən xəbər verir ki, bundan əvvəl Hindistanın Bihar əyalətinin sakinlərinin çayda təxminən 100 nəfərin qalıqlarının tapıldığını bildiriblər. Ehtimal edilir ki, bu cəsədlər koronavirus səbəbindən ölənlərindir.

Yerli sakinlərin bildirdiyinə görə, cəsədlərin Qanqa tökülməsinin səbəbi Hindistanda COVID-19-dan ölənlərin çox olması və ən əsası dəfn mərasiminin, o cümlədən meyitlərin yandırılmasına çəkilən xərclərin baha başa gəlməsidir.

Ölkə səlahiyyətliləri isə ölənlərin cəsədlərinin Qanqa atılmasına dərhal son qoyulmasını tələb etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə