Dünyada son sutka ərzində 679 min nəfər koronavirusa yoluxub

Dünyada son sutka ərzində 679 003 nəfər koronavirusa yoluxub, 10 367 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 136 996 364 yoluxma hadisəsi, 2 951 832 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Avropanın (234 586) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (198 208) ilə Cənub-Şərqi Asiya (167 637) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə