"Azərbaycan Prezidenti yüksək intellektə malik olan bir şəxsdir"

Ermənilərin son beş ayda hərbi əsirlərlə əlaqəli təbliğatı Azərbaycan və Türkiyəyə nifrət ritorikası üzərində aparılır. Məsələn, ötən gün Gümrüdə hərbi əsirlərin yaxınları ilə görüşən Ermənistan Ombudsmanı Arman Tatoyan həmişə olduğu kimi, bu dəfə də Azərbaycanı “insan haqlarının qorunması ilə bağlı beynəlxalq tələbləri” pozmaqda ittiham edib. SİA bunu erməni mətbuatına istinadən dərc edir.

Ermənilərə görə, bu gün Ermənistan rəhbərliyi ictimaiyyətlə işləyə bilmir. Amma ictimaiyyətlə işləmək lazımdır, erməni hökuməti bunu etmək istəmir. Ümumiyyətlə, Ermənistanda beynəlxalq birliklə iş görən yoxdur. Erməni rəsmiləri bunu son beş ayda nümayiş etdiriblər. Bu gün nə Xarici İşlər Nazirliyimiz, nə hökumət aparatı, nə prezident, nə parlamemt komissiyası, nə də hakim fraksiyadan olan millət vəkilləri heç bir iş görmürlər.

Bunları etiraf edən erməni saytlarına görə, hazırda erməni səlahiyyətləri qarşı, yəni qalib tərəfi ittiham edirlər. Amma, etiraf edək ki, bəzi ziyalı ermənilər arasında Azərbaycana “nifrət” göstərməyənlər də az deyil. Məsələn, erməni ictimai xadimi Armen Qriqoryanın sözlərinə görə, Azərbaycan Prezidenti əla təhsili olan, yüksək intellektə malik olan bir şəxsdir. Təbii ki, ermənilər arasında Armen Qriqoryanın bu fikirlərinə sahib olan yeganə erməni deyil. Amma, onların əksəriyyəti öz ölkələrində bunu dilə gətirməkdən ehtiyatlanırlar.

...Qeyd edək ki, bu gün də ermənilər “günahkar” axtarışına çıxıblar. Hazırda hər bir erməni səlahiyyətlisinin ağzından bir avaz gəlir. Avazın birini də dünən erməni deputat Arman Babacanyan səsləndirib. Belə ki, Ermənistandan dərhal hər cür siyasi danışıqların dayandırılmasını “tələb edən” erməni deputat, Rusiyanın sülhməramlı rolunu yerinə yetirməyə qadir olmadığını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə