Ukrayna Rusiya ilə münasibətləri kəsməlidir

Rusiyalı hərbçi Aleksandr Jilin Ukrayna ilə Rusiya arasında müharibə başlayacağı təqdirdə, Qərbin Rusiyaya qarşı, bir sıra kiberhücumlara başlaya biləcəyini istisna etmir.

SİA bu barədə rus mətbuatına istinadən bildirir.

Jilin ABŞ-ın da bu istiqamətdə fəaliyyətə başladığını və Rusiyaya qarşı artıq bir sıra xüsusi bölmələr yaratdığını bildirib.

Rusiyalı hərbçiyə görə, belə bir hücum baş tutacağı təqdirdə, Rusiyanın bir neçə böyük şəhərinin enerjisiz qala biləcəyini də istisna edilmir.

Jilin bununla yanaşı, Qərbin öz hərbçilərinin həyatını riskə atmamaq üçün Ukraynada əlavə ordu göndərəcəyinə şübhə edir.

Bu arada Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy ölkəsini Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb. Çalıyın fikrincə, Rusiya “əlavə addımlar” atmağa davam edərsə, Kiyev belə bir mövqe nümayış etdirməlidir.

Sabiq səfirə görə, Ukraynanın belə bir qərara hazırlaşması lazımdır.

“Bu gün Rusiya ilə Ukrayna arasında tam hüquqlu diplomatik münasibətlərin mövcudluğu barədə danışmağa ehtiyac yoxdur” . Belə ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Rusiya ilə diplomatik münasibətləri demək olar ki, yox kimi xarakterizə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə