Arşavirin “bağışlanmaz” səhvi

"Ermənistan dövlət olaraq uçurumun astanasındadır". Belə çıxır ki, adicə bir toxunuş belə Ermənistanı gümbultuyla uçurumun dərinliklərinə tolazlaya bilər. Bəs, nə etməli? Deməli, ermənilərin sabiq səlahiyyətlilərindən olan Arşavir Qaramyan erməniləri ehtiyatla uçurum kənarından çəkilməyin yolların göstərəcək.

SİA isə bu barədə elə Arşavirin ermənilərə edəcəyi tövsiyələrə istinad edəcək.

Deməli, Qaramyana görə, Ermənistanın milli fəlakətə getməsinin bir neçə səbəbi mövcuddur. Bunlardan birincisi, bu gün erməni xalqının milli xəyalının olmaması, ikincisi isə ermənilərin kilsə inacına olan inamlarının kəsilməsidir. Bax, mən burada birinci səbəblə bağlı danışmaq istəməsəm də, amma ikinci səbəbə gorə Qaramyana irad bildirəcəm. Amma o istəsə, lap onunla "mübahisə" də edə bilərəm.

Əvvəla, hər şeydən mən Arşavirə ermənilərin çox dindar bir xalq olduqlarını xatırlatmaq istəyirəm. Bunu mən ona sübut da etməyə çalışaram. İstəsə, mən ona faktlar da təqdim edə bilərəm. Götürək elə, vaxtilə Qarabağda "xaç istehsal edən" erməni sexlərinin bu xaçları Azərbaycanın torpaqlarında basdırmalarının nə məqsəd daşıdığını… Sən heç bu barədə düşünmüsənmi? Məncə, dərindən düşünsəydin, təbii ki, bunu erməni humanizmliyindən irəli gəldiyini qanardın.

Yaxud Qarabağda günahsız insanları öldürən əli qanlı birinin sonradan gəlib Xudavənddə özünü dindar elan edib, keşişlik etməsinin nəyə dəlalət etdiyi barədə necə? Ay səni Arşavir, əlbəttə ki, erməni millətinin "humanizminə, dinə olan inanmına". Yadındamı, o vaxt "qəhrəman erməni ordusu" silahlarını qoyub girməyə dəlik axtaranda, onların tərənnümçüləri olan İrəvan erməniləri hara gedirdilər, təbii ki, şəhərdəki kilsələrə. Allahdan ermənilərin hifz olunmasını diləyirdilər. Etdikləri haqsızlıqların bağışlanmasını istəyirdilər. Onu da deyim ki, belə şeyləri ermənilərdən başqa heç bir millət bacarmaz.

Əlbəttə, sən indi erməni əhlini milli sahədə nizamsız və iş qabiliyyətli olmamaqda, lap elə müflislikdə ittiham edə bilərsən. Amma, erməniləri humanizmdən uzaq dinsiz bir xalq kimi, ittiham etmək, məncə, sizin üçün bağışlanmaz səhv kimi qəbul edilə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...