"Pfizer" şirkəti Kanadaya koronavirus peyvəndin gətirilməsini bərpa edəcək

ABŞ-ın "Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndin gətirilməsini bərpa edəcək.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Baş nazirin sözlərinə görə, o şirkət rəhbərliyindən peyvəndi çatdırmaq üçün müqavilə öhdəliklərini yerinə yetirəcəyinə dair zəmanət alıb.

C.Trüdo bildirib ki, bu şirkətin 25 yanvar tarixindən Kanadaya peyvənd gətirilməsinin müvəqqəti dayandırılması Belçikadakı "Pfizer" zavodunda istehsalın modernləşdirilməsi ilə əlaqəli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...