İnsan alverinə qarşı mübarizə zamanı 33 uşaq xilas edilib

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) insan alveri ilə mübarizə üzrə əməliyyatın gedişatında daha əvvəl itkin düşmüş 33 uşağı aşkarlayıb.

Bu barədə büronun bəyanatına istinadən CNN bildirib.

Qeyd edilir ki, xilas edilmiş 33 uşaqdan 8-i cinsi istismara məruz qalıb.

FTB-nin məlumatına görə, əməliyyat nəticəsində həmçinin insan alverində şübhəli bilinən bir nəfərə qarşı ittiham irəli sürülüb. Eyni zamanda bir neçə şəxslə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə