Böyük Britaniya ölkəyə gələnləri koronavirusa görə testdən keçirəcək

Böyük Britaniya koronavirusun yeni növlərinin yaranma riski səbəbi ilə ölkəyə gələn şəxslərin testlərdən keçməsini tələb edir. SİA xəbər verir ki, bazar ertəsindən etibarən tətbiq olunacaq qərar fevralın 15-dək qüvvədə olacaq. Baş nazir Boris Conson bu qərarın verilməsində əsas məqsədin yeni COVID-19 növlərinin yaratdığı təhlükədən qorunmaq olduğunu söyləyib. O bildirib ki, əlavə tədbirlərin görülməsi bu dövrdə vacibdir, çünki əhalini qorumaq üçün hər gün yeni addımlar atılmalıdır. Conson, sərhədlərdə təhlükəsizliyin artırılması üçün əlavə tədbirlərin görüləcəyini də açıqlayıb. Qeyd edək ki, Böyük Britaniya Braziliyanın Amazon bölgəsində aşkarlanan koronavirusun yeni növünə görə Cənubi Amerika, Portuqaliya və Kabo-Verdeyə səyahət etməyi qadağan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə