Tramp Somalidəki ABŞ hərbi kontingentinin çıxarılmasına dair qərar verib

ABŞ prezidenti Donald Tramp təxminən 700 əsgərdən ibarət olan Somalidəki Amerika hərbi kontingentinin, demək olar ki, hamısının çıxarılmasına dair qərar verib.

SİA “Reuters”ə istinadən xəbər verir ki, onlar Keniya və Cibutiyə yerləşdiriləcək.

Vaşinqton öz tərəfdaşlarına dəstəyi, həmçinin ekstremist qruplara qarşı mübarizədə də davam etdirmək niyyətindədir. Pentaqonun qənaətinə görə, bu qərar hərbi qulluqçuların bir hissəsinin Afrikanın şərqini tərk edə biləcəyi deməkdir. Bununla belə, qüvvələrin qalan hissəsi Somali ilə qonşu ölkələrdə yerləşdiriləcək və onlar Somali ərazisində də əməliyyatlar keçirmək iqtidarında olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...