Livan prezidenti hökumətin istefasını qəbul edib

Livan prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib. SİA-nın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında ​​deyilir.

Lakin, istefa verən hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.

Tərəflər görüş zamanı Beyrut dəniz limanında partlayışdan sonra Livandakı son hadisələri müzakirə ediblər. Dövlət başçısı istefada olan hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə