Əfqanıstanda avtomobilin partladılması nəticəsində 6 dinc sakin ölüb

Əfqanıstanın Qəzni əyalətində partlayıcı quraşdırılmış avtomobilin partladılması nəticəsində 6 dinc sakin ölüb.

SİA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı əyalətin qubernatorunun mətbuat katibi Vahidulla Cumazadəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, insident Caqatu dairəsində baş verib.

Bildirilir ki, partlayıcı qurğunu avtomobilə “Taliban” radikal hərəkatının üzvləri yerləşdirib. Hərəkatın üzvləri isə partlayışa görə məsuliyyəti öz üzərlərinə götürməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə