ABŞ-ın Alabama ştatında yerləşən mağazalardan birində atışma baş verib

ABŞ-ın Alabama ştatının Quver şəhərində yerləşən mağazalardan birində atışma baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, insident "Riverchase Galleria" ticarət mərkəzində qeydə alınıb: "Biz atışma nəticəsində azı 4 nəfərin yaralandığını təsdiq edə bilərik. Onlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti haqqında hələki məlumat yoxdur".

Hazırda insidentlə əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə