"Epidemiya ilə mübarizədə tibb işçiləri böyük rol oynayırlar” Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin peşəkar və fədakar davranan tibb işçilərinin böyük rolunu vurğulayıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Moskva meri Sergey Sobyanin ilə işgüzar görüşü zamanı ifadə edib.

"Epidemiya ilə mübarizədə tibb işçiləri çox böyük rol oynayırlar. Bu vəziyyətdə Moskvada peşəkarcasına işləyən və fədakarlıqla çalışan tibb işçiləri barədə birinci dəfə deyil ki, deyirəm və təkrar olaraq vurğulayıram", deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə