Mişustin və Rumas daha dərin inteqrasiyanın tərəfdarıdır

Rusiyanın baş naziri Mixail Mişustin və Belarusiyalı həmkarı Sergey Rumas Birlik Dövləti daxilində inteqrasiyanı daha da dərinləşdirmək barədə telefonla danışıblar. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

"Mişustin və Rumas Birlik Dövləti içərisində inteqrasiyanın daha da dərinləşməsinin, ikitərəfli iqtisadi əməkdaşlıq üçün ən əlverişli şəraitin yaradılması, Rusiya və Belarus vətəndaşlarının rifahının yaxşılaşdırılmasının tərəfdarı olduqlarını söyləyib", deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan əlavə, iki ölkənin baş nazirləri Böyük Vətən Müharibəsi Qələbəsinin 75 illiyi münasibətilə səmimi təbriklərini bölüşərək, "bu bayramın qardaş Rusiya və Belarus xalqları üçün ümumi olan xüsusi əhəmiyyətini qeyd ediblər".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə