Rusiyada “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub

Rusiyanın Çukotka muxtar dairəsində “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

SİA "gazeta.ru"ya istinadən xəbər verir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib. O, qəzaya uğradıqdan sonra güclü yanğın baş verib.

Yanğın söndürüldükdən sonra “M-8”in qara qutusu aşkar edilib. Qutunun heç bir zədə almadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə