İranda koronavirusdan sağalanların sayı 105 mini keçib

İranda ötən sutka ərzində daha 58 nəfər koronavirusdan (COVID19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 7 417 nəfərə yüksəlib.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 180 nəfərin koronavirusa yoluxması ilə İranda bu virusa yoluxanların sayı 135 701 nəfərə yüksəlib. Onlardan 2 615 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi qeyd edib ki, indiyədək İranda 105 801 nəfər koronavirusdan sağalıb.

İranda koronavirus diaqnozu ilə əlaqədar 800 mindən çox test həyata keçirilib.

Cahanpur deyib ki, ötən 13 vilayətində ölüm halı qeydə alınmayıb, 8 vilayətin hər birində isə 1 ölüm halı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə