Yeni Zelandiya Sahillərində 6 bal gücündə zəlzələ baş verib

Aprelin 14-də Yeni Zelandiya Sahillərində 6 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Raul adasının cənub-şərqində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə